Hərbçilərlə görüş keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə 25 iyun 2021-ci il tarixdə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə nümayəndəliyin əməkdaşları, könüllülər və “N” saylı hərbi hissənin bir qrup hərbçisi iştirak edib.

GİKM-ın könüllülər üzrə mütəxəssisi Röyalə Yaqubzadə 44 günlük müharibə dövründə xalqımızın dəyanətindən və orduya inamından söz açaraq, gənclərimizin vətənpərvər ruhda böyüməsindən danışıb. Daha sonra hərbçilər orduya göstərdiyi qayğıya görə dövlətimizə öz təşəkkür və minnətdarlıqlarını bildiriblər. 

Sonda GİKM-ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Ləman Zeynalova Forte-pianoda vətənpərvər ruhlu musiqilər ifa edib.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər