25 iyun 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib.Tədbirdə Vətən müharibəsinin fəal iştirakçısı Həsənov Elgün Əsgər oğlu da iştirak edib.
Öncə bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Ağcabədi MKS-nin direktoru Məhəbbət Əliyeva qüdrətli ordumuz haqqında geniş məlumat verdikdən sonra 44 günlük müharibənin canlı iştirakçısı E.Həsənov qalib ordumuzun keçdiyi döyüş yollarından, göstərdikləri qəhrəmanlıqlardan qürurla söhbət açıb.
Sonra kitab sərgisinə baxış keçirilib.