Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatı olub.
Rəşad Məcid AYB-nin sədr müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri təyin olunub.
Qeyd edək ki, bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub.
R. Məcid eyni zamanda AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.