İkinci Qarabağ müharibəsi zamanı rayonun Yuxarı Qiyaməddinli kəndi də Ermənistan silahlı qüvvələrinin artilleriya, raket hücumlarına məruz qalıb. Nəticədə sözügedən kənd ərazisində 4 ev tamamilə dağılıb, 163 ev və qeyri-yaşayış obyektlərinə isə ciddi ziyan dəyib.
Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı sayəsində Qiyaməddinli kəndində dağılmış 3 ev yenidən inşa olunub. Dağılmış digər evin tikintisi də başa çatmaq üzrədir. Ziyan çəkmiş evlər və qeyri-yaşayış obyektlərində təmir işləri aparılır. Ərazidə evlərinə, qeyri-yaşayış obyektlərinə, şəxsi əmlaklarına ziyan dəymiş kənd sakinlərinə müvafiq yardımlar ödənilib.
Kənd sakini, Şaiq İsgəndərova məxsus ev də düşmən həmləsinə tuş gəlib. Onun evi 28 sentyabr 2020-ci il tarixdə üzərinə mərmi düşməsi nəticəsində dağıdılıb, mal-mülkü isə məhv olub. Həmin ev dövlət vəsaiti hesabına yenidən inşa edilib. Yaşayış evinə qaz və su xətti çəkilməsi də nəzərdə tutulub. S.İsgəndərov digər dövlət yardımları ilə də təmin olunub. O, göstərilən bu yüksək diqqət və qayğıya görə, Prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkürünü və minnətdarlığını bildirib.
Yəhya PAŞAZADƏ