Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin buraxılış işlərinin onlayn formatda müdafiəsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Yekun Dövlət Attestasiya Komissiyasına AMEA-nın Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirov sədrlik edib. Tələbələr “Yolocaq və Daşkənd kəsilişlərində paleogen yaşlı çöküntülərin maqnit stratiqrafiyası”, “Terrigen kəsilişlərdə quyu potensialı əyrilərinin interpretasiyası”, “Kəşfiyyat quyularında texniki məsələlərin geofiziki həlli”, “Qravitasiya və maqnit anomaliyalarının birgə interpretasiyası”, “Yevlax-Ağcabədi çökəkliyində gömülmüş vulkanogen qurumların xəritələnməsi (Maqnitometrik və qravimetrik məlumatlar əsasında)”, “Orta Kür çökəkliyində mezozoy çöküntü kompleksinin geoloji quruluşunun qravimaqnit məlumatları əsasında öyrənilməsi”, “Kollektorların elastiki xassələrinin eksperimental tədqiqi”, “Zəlzələlərin uzun müddətli proqnozunda geofiziki xəbərvericilərin rolu” mövzularında tədqiqat işlərini müdafiə ediblər.