Daha bir xatirə bulaq kompleksinin açılışı oldu

         30 iyun 2021-ci il tarixdə Poladlı kəndində Vətən müharibəsi şəhidi Mamedov Əmrah Qaraş oğlunun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin zabiti İlkin Alıyev, ziyalılar, müəllimlər, kənd sakinləri, şəhidlərin yaxınları və mətbuat işçiləri iştirak ediblər.

Bulaq kompleksinin ətrafı abadlaşdırılmış, kompleksdə mərmər üzərində şəhidin şəkli həkk edilmişdir.

Qeyd edək ki, Vətən müharibəsi başlayanda Əmrah Mamedov könüllü cəbhəyə getmiş və kəşfiyyatçı olmuşdur. Müharibənin ilk günü Tərtərin Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşmuşdur. Allah bütün şəhidlərə rəhmət eləsin!

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər