Rayonda taxıl biçini sürətlənib

         Rayonda taxıl biçini kampaniyası sürətlə davam etdirilir. Cari təsərrüfat ilində istehsalçılar tərəfindən 26 min 879,6 hektar sahədə taxıl yetişdirilib ki, onun 4 min 655,5 hektarını arpa, 22 min 224,1 hektarını isə buğda təşkil edir. İndiyədək təsərrüfatlarda 23 min 121 hektardan çox zəminin məhsulu biçilib. Sahələrdən 93 min 463 ton taxıl, o cümlədən 16 min 351 ton arpa, 77 min 112 ton buğda istehsal olunub.

Rayon dövlət aqrar inkişaf mərkəzindən verilən məlumata görə, hər gün zəmilərə 51 ədəd kombayn çıxarılır. Gün ərzində 500 hektardan çox sahədə biçin aparılır. Rayon üzrə arpa sahələrində məhsuldarlıq 35,5, buğda sahələrində isə 41,6 sentnerdən ibarətdir.

Fermerlərimiz bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün imkanları səfərbərliyə alıblar. Rayonda arpa biçini artıq yekunlaşmaq üzrədir. Taxıl biçininin isə yaxın vaxtlarda başa çatdırılacağı gözlənilir.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər