3.1 C
Aghjabadi

Rövşən Əhmədov: “Azad İqtisadi Zonanın yaradılması Azərbaycana dünyada yeni etibarlı tərəfdaşlar qazandıracaq”

“Ələt Azad İqtisadi Zonasının yaradılması ilə qabaqcıl idarəetmə təcrübəsinə əsaslanan ixracyönümlü istehsalın təmin edilməsi, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlb olunması, minlərlə yeni iş yerlərinin yaradılması və bir çox digər vacib məqsədlərə nail olunacaq. Bütün bunlar isə ümumilikdə ölkə iqtisadiyyatının və xüsusilə də qeyri-neft sektorunun inkişafına önəmli töhfələr verəcək.” 

Bu sözləri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib.

Hakim partiya təmsilçisi qeyd edib ki, Azad İqtisadi Zonanın yaradılması ilə ölkə iqtisadiyyatının ümumi inkişafında yeni bir mərhələyə yol açmaqla bərabər həm də Azərbaycanın dünyada olan tərəfdaşlarının da sayını bir qədər də artıracaq: “Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ya birbaşa dövlət sərmayəsi, ya da yerli şirkətlərin yatırdıqları sərmayə hesabına baş verir. Ölkə Prezidenti də öz müsahibəsində qeyd etdi ki, xarici şirkətlər daha çox enerji sektoruna sərmayə qoymağa meyillidirlər. Məhz buna görə, Azad İqtisadi Zonanın yaradılması sözsüz ki, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Digər tərəfdən isə Azad İqtisadi Zonanın yaradılması ideyasını verməklə dövlətimizin başçısı hər zaman olduğu kimi, vətəndaşların rifah yüksəlişinin təmin olunması məsələsini də düşünmüşdür. Belə ki, bu zonada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq. Həmçinin rəqabətqabiliyyətli məhsul istehsalının artması ilə qeyri-neft sektorunun ixrac imkanları da genişlənəcək. İdeyanın əsasında duran məqsədlərdən biri də Ələt qəsəbəsinin və ətraf ərazilərin inkişafına yeni dinamika gətirməkdən ibarətdir. Belə ki, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Azad İqtisadi Zona tədricən formalaşdıqca bu, bölgənin inkişafını sürətləndirəcək. Öz növbəsində bölgənin inkişaf dinamikası iqtisadiyyatımızın ümumi inkişafına böyük müsbət təsir göstərəcək. Digər tərəfdən isə bu genişmiqyaslı layihənin icrası Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ona dünyada yeni etibarlı tərəfdaşlar da qazandıracaq. Eləcə də Cənubi Qafqaz regionunda lider dövlət kimi qazandığımız mövqeləri gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan dövlətimizin strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin, büdcəyə daxil olan vəsaitin artmasına və əlverişli sərmayə iqliminə şərait yaradacaq.”

Daha sonra Rövşən Əhmədov bildirib ki, Prezident İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması həm də böyük siyasi məna kəsb edir: “Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın növbəti uğurlara doğru inamlı irəliləyişini bütün dünyaya bir daha nümayiş etdirməklə həm də böyük siyasi məna kəsb edir. Təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq belə demişdir: “Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır.” Həqiqətən də birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanın istənilən bir sahədə əldə etdiyi bütün uğur və nailiyyətlərinin əsasında Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, praqmatik siyasət dayanır. Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ya birbaşa dövlət sərmayəsi, ya da yerli şirkətlərin yatırdıqları sərmayə hesabına baş verir. Ölkə Prezidenti də öz müsabisəndə qeyd etdi ki, xarici şirkətlər daha çox enerji sektoruna sərmayə qoymağa meyillidirlər. Məhz buna görə, Azad İqtisadi Zonanın yaradılması sözsüz ki, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Dövlətimizin qarşısında dayanan əsas vəzifə Ələt Azad İqtisadi Zonasına dövlət sərmayəsini deyil, potensial xarici investorları cəlb eləməkdən ibarətdir. Çünki dövlətimizin başçısının da söylədiyi kimi, dövlət sərmayəsi artıq öz rolunu oynayıb, ən vacib infrastruktur layihələri icra olunub. İqtisadi Zonanın tikintisi davam etdirildiyi dövrdə ölkələrarası hökumət komissiyaları birgə əməkdaşlıq nümunəsi ortaya qoyacaq, xaricdəki Azərbaycan səfirliklərinə təlimatlar veriləcək, keçirilən bütün iqtisadi tədbirlərdə, toplantılarda bu mövzu gündəliyə salınacaq və xarici şirkətlər podratçı qismində bu nəhəng iqtisadi layihəyə dəvət olunacaqlar.”

Mənbə: AİA.Az 

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər