Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi iştirakçısı Orxan Hüseynzadə ilə görüş keçirilib.
Öncə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Görüş zamanı Orxan Hüseynzadə qalib ordumuzun keçdiyi döyüş yollarından qürur hissi ilə danışaraq haqq-ədalətin qələbəsinin mütləq olduğunu xatırladıb.
Səmimi söhbət şəklində davam edən görüşdə O.Hüseynov iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonda xatirə şəkilləri çəkilib.