Rəşad Müseyib oğlu Məcidov 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1988-ci ildə Bakı Dövlət Uhniversitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildə “Elm və həyat” jurnalında korrektor kimi fəaliyyətə başlayıb.1987-1990-ci illərdə həmin jurnalda müxbir vəzifəsində işləyib. 1990-1991-ci illərdə Azərbaycan “Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzi”ndə sədr müavini vəzifəsində çalışmışdır. 1991-1992-ci illərdə “Ədalət” qəzetində, sonra “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olmuşdur.
Rəşad Məcid 1992-ci ildə “525-ci qəzet”i təsis etmişdir. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olmuşdur. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Мәrkəzində məsul katib vəzifəsində çalışmışdır. 1998-ci ildən Аzərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatına layiq görülüb. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibidir. Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar forumunun (WEF) icraçı üzvüdür. Hazırda “525-ci qəzet” in baş redaktorudur. Bir sıra iri həcmli povest, hekayə və oçerklərin müəllifidir. Eyni zamanda çox istedadlı bir şair kimi şöhrət qazanıb.
Əsərləri:
1. “Hələ ki, vaxt var” B., “Elm”, ?1993, 96s, 500 nüs.
2. “10 sentyabr” B., “Azərnəşr”, 2004, 118 s, 500 nüs.
Aranqazeti.az müəllifin bir şeirini sizlərə təqdim edir
YASTIQ
Doğulan kimi
Başının altına yastıq qoydular.
Oturan kimi
Böyrünə-başına yastıq qoydular.
Yeridi-düzdülər keçdiyi yola.
Sonra noğul yastığı,
Sonra nağıl yastığı.
Başı üşüyəndə papağı yastıq,
Əli üşüyəndə bayrağı yastıq,
Qəbri üşüyəndə torpağı yastıq.
Ağrıyan dişinə yastıq qoydular,
Ləngiyən işinə yastıq qoydular.
Axırda yastığa öyrəncəlilər
Çarxın gərdişinə yastıq qoydular.
Çarxın gərdişinə yastıq qoydular,
Yuxulatdı bu adamı,
Günün günorta çağında
Yuxu tutdu bu adamı.
… Yatıb yuxuda gördü ki,
ipək yastığı daşlaşıb,
ayağına dolaşıb.
Addımını ha atır, ata bilmir,
Ayağını ha dartır, darta bilmir.
Yastıq çəkir onu quyu tək.
Ayağı balacalaşır,
Əli-qolu balacalaşır,
Boyu balacalaşır.
… Diksinib ayıldı yuxudan.
Başı yastıqdan düşmüşdü.
Çəkdi yastığı başının altına…
Mənbə: “Ağcabədi yazarları” kitabı
RƏŞAD MƏCİD
(1964)