35.4 C
Aghjabadi
Cümə axşamı, İyun 30, 2022

ADPU-nun Ağcabədi filialında çalışan müəllimlər arasında müsahibə keçirilib

Təhsil İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsil üzrə pedaqoji kursların təşkilinə dair layihəyə start verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd regionlarda “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəllimləri erkən yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək və onları yerlərdə bu istiqamətdə kurslara cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır. Bununla bağlı məktəbəqədər təhsil sahəsində ixtisaslaşmış mütəxəssislər tərəfindən 108 saatlıq pedaqoji təlim kursu proqramı hazırlanıb.

ADPU-nun Şamaxı, Ağcabədi, Cəlilabad, Şəki və Quba filiallarında çalışan müəllimləri arasında müsahibə keçirilib və təlimçi-müəllimlər seçilib. Seçilmiş 21 təlimçi-müəllim 9 günlük təlimlərə cəlb olunublar. Onlar 108 saatlıq pedaqoji təlim kursunu növbəti tədris ilində ADPU-nun müvafiq filiallarında “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan tərbiyəçi-müəllimlərə keçəcəklər.

Xəbər lenti

Futbolumuzun hücumçu problemi

Son günlər "Ural"ın hücumçusu Mixail Ağayevin, ufa klubu ilə Rusiya premyer-liqasının bombardiri Həmid Ağalarovun, Belarusun “Qorodeya” klubunda çıxış edən Camal Dibirhacıyevin, Moskva...

90 yaşlı nəşr

Ağcabədi rayonunda nəşr edilən “Aran” qəzetinin 90 yaşı tamam olur. Bu yubiley ərəfəsində qəzetin təxminən 40-50 il əvvəlki dövrü yadıma gəlir. Ötən...

Qarabağ muğam mərkəzində “Muğam gecəsi” keçirilib

Muğam dünya musiqi xəzinəsinin incisidir. Eyni zamanda muğam xalqımıza məxsus olan mənəvi dəyərlərin daşıyıcısıdır. Muğam yetişməkdə olan nəsillərə qəlbimizin, ruhumuzun ən gözəl...

Mülki müdafiə məşqi keçirilib

İyunun 29-da Ağcabədidə hərbiləşdirilməmiş mülki-müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. Təlim-toplanışda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Növbəti səyyar qəbul Şərəfxanlı kəndində keçirilib

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Taxıl sahələrinin yarısında biçin başa çatdı

Respublikanın 61 rayonunda taxıl biçini davam edir. Ümumilikdə taxıl sahələrinin 49 faizində, o cümlədən arpa sahələrinin 75 faizində biçin başa çatıb.

Rayonda barama tədarükü davam edir

         Respublikamızın digər kənd təsərrüfatı rayonlarında olduğu kimi Ağcabədidə də barama tədarükü geniş vüsət alıb. Cari təsərrüfat mövsümündə rayonun 44 inzibati ərazi...

Taekvondoçular daha bir uğur qazandı

         18-19 iyun 2022-ci il tarixlərdə Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində Taekvondo idman növü üzrə “Croatia Open” beynəlxalq turnir keçirilib. Milli yığma...

Qarabağın qədim qalası “Qalatəpə” qala imiş

         Əhmədov Əli Misir oğlu (1920-2001) rayonumuzun tanınmış ziyalılarından sayılıb. O, uzun illər bölgədə müxtəlif məsul vəzifələrdə çalışıb. Əli müəllim həm də...

Çörək bol olarsa…

         Hacıbədəlli kəndi rayonumuzun geniş təsərrüfat sahələri fəaliyyət göstərən qabaqcıl inzibati ərazi vahidlərindən sayılır. Təsadüfi deyildir ki, sözügedən kənd sakinləri özlərinə məxsus...

Şərhlər