15.9 C
Aghjabadi
Bazar, May 29, 2022

“Sadə peşə adamı” rublikası – Çəkməçi Eldar

         Sadəlik gözəllikdir. Və bu gözəlliyin içində həyatın bütün boyaları, naxışları var. Sadəlik heç də adilik demək deyildir. Sadəlikdə adi baxışlarla görüb, sezə bilmədiyimiz o qədər dəyərli və insani keyfiyyətlər var ki, gəl görəsən. Yaponlar sadəliyin müdriklikdən xəbər verdiyini söyləyirlər. Məncə bu qədim və mədəni xalq belə düşünəndə heç də yanılmır.

Sadəlik həm də gerçək həqiqət deməkdir. Çünki, bu gerçəklikdə nə var, hər şey göz önündədir, görünür. Sadəcə olaraq bunu görmək lazımdır.

Eldar Məhəmməd oğlu Səfərov 1953-cü ildə Ağcabədidə doğulub. Çox keşməkeşli həyat yolu keçib. Atası Məhəmməd kişidən çəkməçi sənətini öyrənib. Artıq 40 ildən artıqdır ki, bu peşə ilə məşğul olur. Bu insan sadə peşəsi ilə fəxr edir və bu sənətin yaşaması üçün əlindən gələni əsirgəmir. Şəhərimizin Ü.Hacıbəyli prospektində yerləşən iş yerində (otağında) o, normal işləmək üçün hər cür  şərait yaradıb. İş otağının yanına su çəkdirib, müxtəlif növ ağac və gül-çiçək əkib. Buranı təbiət həvəskarı olan Eldar, sözün əsl mənasında cənnətə döndərib. Eldar həm də musiqinin böyük aludəçisidir. Təbiəti ürəkdən sevir. Həyatda insanlığa, düzlüyə, haqqa, ədalətə böyük önəm verir. Pulun, təmtərağın yaşamaq üçün çox da vacib olmadığını vurğulayır. Musiqinin insan həyatında tutduğu yeri dəqiq anlayan Eldar həmişə iş gördüyü və bekar vaxtlarında musiqi dinləməyi sevir. Bir Qarabağlı kimi muğama böyük hörmət bəsləyir. Bu ölməz sənətin vurğunu olan Eldar Səfərov həmyerlimiz, böyük muğam ustası Yaqub Məmmədovu dinləməkdən doymur, yorulmur…

Eldar ayaqqabı təmir edəndə sanki çəkiclə mismarı da musiqi sədaları altında vurur. Yadımdadır, bir dəfə ona ayaqqabı təmir etdirirdim. Radioda mahnı oxunurdu(səhv etmirəmsə, mərhum müğənni Nəzakət Məmmədova “Qızlar bulağı” mahnısını ifa edirdi) Eldar ayaqqabını sökəndə, tikəndə, kiçik mismarı çəkiclə vuranda dodaqaltı zümzümə edirdi. Çəkici musiqinin sədaları altında elə vururdu  ki, sanki musiqiylə nəfəs alırdı. Və sonda mahnının son akkordu ilə Eldarın axırıncı zərbəsi elə üst-üstə düşdü ki, təəccüb məni bürüdü…

Eldar iş otağının yanında əkdiyi ağacların, güllərin qayğısını çəkir, vaxtlı-vaxtında  budayır, sulayır, onların nazı ilə əməlli-başlı oynayır.  Bura baxanda dincəlir və zövq alırsan. Düşünürsən, doğru fikirdir ki, hərə bir ağac əksə, dünyamız yaşıl don geyinər, ətrafa baxanda adamın gözləri sevinər.

Eldarın bir qəribə xüsusiyyəti də var. Sadəliyindən doğan bu ali hiss ona iş vaxtı hər zaman hakim kəsilir. O, işinə vicdanla yanaşır, gördüyü işi səliqə və keyfiyyətlə görür. Maraqlı budur ki, o, müştəri ilə heç vaxt pul, qiymət haqda söhbət etmir, danışmır. Nə versən, bərəkət deyir. Özünün çox zaman pula ehtiyacı olsa da, bu sadə, təvazökar, əsl insan imkan daxilində adamlara kömək əlini uzadır. Gördüyü işin müqabilində müştərilər hər nə versələr sağ olun, Allah razı olsun deyir.

… Adam çox zaman peşəsi ilə tanınır. Çünki onu bu peşəyə sahib olmağa əqidəsi, mənəviyyatı, əxlaqı səsləyir. Və vicdanının səsinə qulaq asan, sadə əmək adamı peşəsini sevdiyi kimi, dünyamızı, insanları da sevir. Məgər yaşamaq üçün lazım olan ən böyük dəyərlərdən biri elə bu deyilmi? Çəkməci işləyən Eldara  uğurlar arzulayır, bu genişürəkli sadə peşə adamına sağ ol deyirik. Çünki peşəsi kimi, onun da həyatda əsas vəzifəsi kimlərə isə kömək edib, əlindən tutmaq, ehtiyaclarının ödənilməsində bir usta kimi böyük əməyi var. Və Eldarın da başqalarını sevindirdiyi kimi, özünün də sevinməyə haqqı var.

İşin avand olsun, çəkməçi Eldar!

Adil MİSİRLİ

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər