19.8 C
Aghjabadi

“Erməni təcavüzündən sonra Qarabağ atları Ağcabədi ərazisinə köçürülüb” – “Le Carrefour” qəzeti

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” www.musulmansenfrance.fr xəbər portalında “Qarabağ atı – bəşəriyyətin dünya irsinə aid bir cins” (Le cheval Karabakh, race appartenant au patrimoine mondial de l’humanité) sərlövhəli məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə müəllif Böyük Britaniyanın paytaxtı Londonda Qarabağ atlarının da iştirak etdiyi ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda Kraliça II Elizabetin və kral ailəsinin digər üzvlərinin tamaşa etdikləri tədbirlərdə Azərbaycanın təqdim etdiyi “Xarıbülbül” adlı xüsusi şou-kompozisiya təqdimatının nümayiş etdirildiyini diqqətə çatdırıb. Jurnalist həmin təqdimatda Qarabağ atlarının füsunkar gözəlliyi, Azərbaycanın milli musiqisi və rəqslərinin britaniyalıları heyran etdiyini vurğulayıb.

Qeyd olunub ki, ilk dəfə “Xarıbülbül” kompozisiyası bu il iyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyanın təqdimatı zamanı nümayiş etdirilib. Müəllif “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülünün birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirdiyini xatırladıb. Həmin vaxt Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atının hədiyyə edildiyi də məqalədə əksini tapıb.

Müəllif Azərbaycanda at hədiyyə verilməsi ənənəsindən söz açaraq, atın etibarlı yoldaş olması baxımından bunun xüsusi məna daşıdığını bildirib.

Zeynab Kazımova sovet hökuməti tərəfindən 1956-cı ildə İngiltərə Kraliçası II Elizabetə “Zaman” ləqəbli Qarabağ atının hədiyyə göndərilməsinin Azərbaycanda cins atların yetişdirilməsi tarixində mühüm hadisələrdən biri hesab olunduğunu vurğulayıb.

Məqalədə bildirilib ki, Qarabağ atları bir çox beynəlxalq sərgidə uğur qazanıb. Məsələn, “Xan” ləqəbli Qarabağ atı 1867-ci ildə Fransada keçirilmiş bir sərgidə mükafatlandırılıb, “Elyetmez” ləqəbli at 1869-cu ildə keçirilən Ümumrusiya At Sərgisində sertifikat alıb.

Azərbaycanda atçılığın tarixinə diqqət çəkən müəllif bu sənətin ölkəmizdə qədim dövrlərdən bəri meydana çıxdığını bildirib. Məqalədə vurğulanıb ki, atçılıq qədim Azərbaycan dövlətləri olan Manna, Midiya, Atropatena və Albaniyada geniş yayılmışdı. “Bir sıra yerli at cinsləri, Azərbaycan atlarının təbii və tarixi şərait nəticəsində təkamülü nəticəsində, eləcə də gündəlik həyatın ehtiyacları sayəsində yüz illər boyu meydana çıxıb. Bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsində inkişaf edən məşhur Qarabağ atıdır”, – deyə məqalədə qeyd olunub.

Müəllif Qarabağ atlarının cins olaraq xüsusiyyətlərindən söz açaraq, bu cinsin yaxşılaşdırılmasında Qarabağ xanlarının fabriklərinin əvəzolunmaz roluna toxunub. Damazlıqların yetişdirilməsi işinin Pənahəli xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu xan, Xurşudbanu Natəvan və digər sülalələrin fabriklərində və tövlələrində aparıldığını qeyd edir.

Müəllif bildirib ki, XX əsrdə Qarabağ atları tarixində ən əlamətdar hadisə Ağdam Atçılıq Mərkəzinin yaradılması idi. “Bu Mərkəzin yaradılması Qarabağ at cinsinin yaxşılaşdırılmasında çox böyük rol oynayıb. Ancaq 1993-cü ildə Ağdam Ermənistan tərəfindən işğal edildi və şəhər tamamilə dağıdıldı…”, – deyə müəllif fransızdilli oxucuların diqqətini bir daha Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi misilsiz dağıntılara və vurduğu zərərə diqqət çəkir.

Yazıda vurğulanıb ki, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən sonra Ağdam Atçılıq Mərkəzi 1994-cü ildə Ağcabədi bölgəsinin Xamtorpaq adlanan ərazisinə köçürülüb. Torpaq, su və bitki örtüyü Qarabağ atlarının doğulduğu Ağdamdakından fərqli olsa da, onlar ötən dövrdə yeni şəraitə uyğunlaşdılar.

Azərbaycan dövlətinin Qarabağ atlarının şöhrətini bərpa etmək və ölkədə atçılığın inkişafını təmin etmək üçün ciddi addımlar atdığını vurğulayan müəllif 2007-ci ildə “Atların yetişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu qanunun tətbiqi üçün müvafiq fərmanlar imzalanıb, eyni zamanda, At Yetişdirmə İnkişaf Proqramı təsdiq edilib.

Zeynab Kazımova qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra bu gün Qarabağ atı Qarabağdakı evinə qayıdır. Qarabağ atı öz şöhrətini qaytarır.

Müəllif onu da əlavə edib ki, Qarabağ atı UNESCO tərəfindən ilk dəfə Ümumdünya İrsinə aid at cinsi kimi tanınır.

Jurnalist, həmçinin məqalədə Azərbaycanın qədim atüstü oyunu olan çovqan oyununa da diqqət çəkir. Məqalədə bu barədə deyilir: “2013-cü ildə UNESCO Bəşəriyyətin Qeyri-Maddi İrsinin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasını keçirdi. Bu münasibətlə Azərbaycan, onun Qarabağ bölgəsi, eyniadlı bölgədən çıxan Qarabağ atlarının belində oynanan ənənəvi atçılıq oyunu olan çovqanın uyğunluğunu təsdiqlədi. Polonun atalarından sayılan bu oyun topa vuran süvariləri bir araya gətirir. Çovqanın təcili qorunmaya ehtiyacı olduğu qəbul edildi. Buna görə UNESCO bəşəriyyətin dünya irsinə aid olan bu cinsi qorudu”.

Müəllif xüsusi vurğulanıb ki, bir heyvan növünün UNESCO tərəfindən bəşəriyyətin dünya irsi siyahısına daxil edilməsi ilk hadisədir.

Xəbər lenti

Mənim anam Zəhra müəllimdir

Anamla mən bir-birimizdən çox fərqli insanlarıq. Yox, bəzi oxşarlıqlarımız da var. Məsələn, ondan mənə yazmaq, bir də nəfəs...

Həcər Əliyeva: Müəllim kimi də, qadın kimi də xoşbəxtəm

Əliyeva Həcər Əlinağı qızı Ağcabədidə doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunu (İndiki ADU) bitirib. İngilis dili müəllimidir. Hazırda M.F.Axundov adına Ağcabədi şəhər 3...

“Müəllim məni atamın ölümünə görə utanmağa qoymadı…”

 7-ci sinifdə oxuyuram. Qış aylarıdır. Atamın 40-ı təzə çıxıb. Yeni-yeni məktəbə qayıdıb, dərslərə adaptasiya oluram... Azərbaycan dili dərsidir. Müəllim...

Ağcabədi sakinini maşın vurub

Oktyabrın 4-ü, saat 23:00 radələrində, Qaradağ rayonunun ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən...

Bu müəllimləri siz də tanıyın

Ötən tədris ilində Ağcabədidən 20 nəfər məzun 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdu. “Aran” qəzetində onların hər biri haqqında...

Ağcabədi məktəbliləri Vətən müharibəsinə və Müstəqilliyin Bərpası Gününə həsr edilən məruzələr dinləyiblər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində ümumtəhsil məktəblərində məruzələrin keçirilməsi davam etdirilir. Oktyabr ayında keçirilən məruzələr Vətən müharibəsinin...

Ulu Öndərin arzuları reallığa çevrildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur. İnkaredilməz həqiqətdir...

Şəhid Anar Cəfərovun anım mərasimi keçirildi

                            44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 1977-ci ildə Ağcabədi şəhərində...

Prezident təqaüdünə layiq görülüblər

Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. “Aranqazeti.az”  saytı xəbər...

Elm və təhsil naziri Bərdədə Ağcabədi sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd rayonları...

Şərhlər