“Aran” qəzetinin 18 iyul 2021-ci il tarixli sayında Ağcabədi şəhər sakinlərinin müraciətləri əsasında dərc olunmuş “Şəhərimizi zibilləyənlər” sərlövhəli yazıda haqlı olaraq Soltanbəy adına küçənin həddindən artıq zibillənməsi, orada məişət tullantıları atılması səbəbindən xoşagəlməz vəziyyətin yaranması ciddi tənqid olunub.
Sözügedən tənqidi yazı ilə bağlı Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi tərəfindən qeyd edilən əraziyə baxış təşkil olunub, araşdırmalar aparılıb. Şəhərin Soltanbəy adına küçəsində həqiqətən zibilləmə faktları aşkar olunub, görülmüş tədbirlər nəticəsində ərazidəki məişət tullantıları, zibillər daşınaraq aparılıb, problem aradan qaldırılıb. Əraziyə məişət tullantıları atan şəxslər müəyyənləşdirilərək barələrində zəruri ölçülər götürülüb.
Ərazidə səliqə-sahman yaratmaq, tullantıların toplanılaraq, vaxtında daşınması məqsədi ilə zibil qutuları qoyulması planlaşdırılıb. Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi tərəfindən həmin qutuların alınması üçün sifarişlər verilib.
“Aran”