Rayon Gənclər və İdman İdarəsində taekvondo idman növü üzrə Azərbaycan birinciliyində uğurlu nəticələr əldə etmiş Ağcabədi taekvondoçuları ilə görüş keçirilmişdir. Sözügedən idarənin rəisi Rüfət Quliyev idmançıları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulamışdır. Pandemiyanın digər sahələrlə yanaşı idmana da çox böyük mənfi təsirlərinin olduğunu vurğulayan Rüfət müəllim bildirdi ki, idmandakı uzun fasilələrə baxmayaraq, Ağcabədi taekvondoçularının uğurlu nəticə əldə etmələri rayonumuzda idmanın inkişafının bariz nümunəsidir.
Qeyd edək ki, 16-18 iyun Bakı şəhərində keçirilmiş taekvondo idman növü üzrə Azərbaycan birinciliyində iştirak edən Ağcabədi taekvondoçuları 6 medal qazanaraq uğurlu nəticə əldə etmişlər. Onlardan Vasif Səlimov – I yerə, Bahar İbrahimova, Aqşin Mirzəyev – II yerə, Rəsul Quliyev, Firəngül Abbaszadə, Eltun Tanrıverdiyev – III yerə layiq görülmüşlər.