Yazıçı ilə görüş keçirilib


7 iyul 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ağcabədi Rayon Mərkəzi Kitabxanasında yazıçı Əlisəfa Azayevin anadan olmasının 70 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi Rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, direktor müavini Təranə Məmmədova, oxuculara xidmət şöbəsinin müdiri İlhamə Musayeva çıxış edərək, yazıçı Əlisəfa Azayevin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişlər. Onlar Ə.Azayevin əsərlərinin zamanın tələblərinə cavab verərək, geniş oxucu kütləsi qazandığını vurğulamışlar.
Görüşün sonunda yazıçı Əlisəfa Azayev tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, gələcək yaradıcılıq planlarından danışmışdır.


“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər