Gənclərin İnkişaf və Karyera Mərkəzi Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə 10 İyul – Dünya Hüquq Gününə həsr olunmuş “Hüququm və qaydalarım” mövzusunda tədbir keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Nurəddin Hacıyevin iştirakı ilə keçirilən tədbirdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətəndaş hüququ və vəzifələri ilə əlaqədar məsələlərə toxunulub. Gənclərin mövzu ilə bağlı ünvanladığı suallar N. Hacıyev tərəfindən cavablandırılıb.
Rəmziyyə HƏSƏNOVA