13.5 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

Ağcabədidə pambıq sahələri suvarılır

Bu il Ağcabədi rayonunda 11 min hektardan artıq sahədə pambıq əkilib. Qış aylarında aqrotexniki qaydaya uyğun olaraq arat işləri həyata keçirilərək, pambığın birinci vegetasiya suvarılması aparılıb. Rayonun müxtəlif ərazilərində əkilən pambıq öz axımı və nasosstansiyalar vasitəsi ilə suvarılır.

Milli.Az Real TV-ə istinadən bildirir ki, ümumilikdə, Ağcabədi rayonunda 63 min hektardan artıq əkin sahəsi suvarılıb ki, onun da 36 min hektarı Ağcabədi Suvarma Sistemləri İdarəsinin payına düşür. Rayonda əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, Araz çayının qolu olan Xan qızı kanalı və subartezian quyularıdır. Bu il suvarma mövsümünə qış aylarından ciddi hazırlıq işləri görülüb, nasosstansiyalarda sazlama və cari təmir işləri aparılıb.

Ağcabədi rayonunda əkin aparılan sahələrin hər birinə suvarma suyunun itkisiz çatdırılması üçün il ərzində torpaq məcralı kanallarda lildən təmizləmə işləri görülür. Kanalların təmizlənməsi prosesinə müasir texnikalar cəlb olunur.

Qeyd edək ki, hazırda adıçəkilən rayonda suvarma işləri uğurla davam etdirilir. Ötən il pambıq sahələrindən 38 min tondan artıq məhsul yığılıb. Bu il də məhsuldarlığın yüksək olması gözlənilir.

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər