20.8 C
Aghjabadi

İlan sancan şəxsin həyatını polislər XİLAS ETDİ

May ayının 29-da Ağcabədi rayon sakini Səfər Əliyev tanışı Rövşən adlı şəxslə birlikdə Haramı düzünə ot yığmağa gedib. İşləyərkən onu sağ əlindən ilan sancıb. Rövşən öz motosikleti ilə Səfəri həkimə çatdırmaq istəsə də, axşam saatları olduğu üçün yolu azaraq, səmti itiriblər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlar uzaqdan yanan işığı görüb ora tərəf istiqamət götürüblər. Polis postuna çatanda Füzuli rayonu ərazisindəki Alxanlı kəndində olduqlarını bilblər. Polis əməkdaşlarına vəziyyəti izah elədikdə, onlar dərhal zərərçəkmişi xidməti avtomaşınla xəstəxanaya aparıblar.

S.Əliyev deyir:

-Yolda gedərkən artıq zəhərin təsirindən yaranan ağrılar güclənmişdi. Polis əməkdaşları tez məni xəstəxanaya çatdırmağa çalışdılar. Tələsik getdiyimizdən yolda qəza baş verdi və polis əməkdaşları xəsarət aldılar. Buna baxmayaraq onlar yaxından keçən avtomaşını saxladaraq məni xəstəxanaya yola saldılar. Sonradan öyrəndim ki, onlar Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları, Gəncalı Qəmbərov və Elmir Pənahlıdır. Mən bu gün polislərimizin fədakarlığı səbəbindən həyatda qaldım. Onlara bir ömür boyu minnətdaram. Polislər mənim həyatımı xilas edərkən öz həyatlarını təhlükəyə atdılar. Mən bu cür polislərlə fəxr edirəm. Xəsarət alan polis qardaşlarıma tez sağalmalarını arzulamaqla onlara özüm və ailəm adından minnətdarlığımı bildirirəm. Polisin bu fədakar fəaliyyətinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm.

Hal-hazırda G.Qəmbərovun müalicəsi xəstəxana şəraitində davam etdirilir. Tez bir zamanda ayağa qalxaraq xidməti faəliyyətini qaldığı yerdən davam etdirməsini arzu edirik. E.Pənahlının səhhətində heç bir problem yoxdu, o xidmət başındadır.

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər