Sadə insan, şair – TAHİR RZA

            Rzayev Tahir Musa oğlu 1950-ci il fevral ayının 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olub. 1967-ci ildə 2 nömrəli şəhər orta məktəbini bitirib. 1970-ci ilin dekabrından 1971-ci ilin aprelinə kimi Ağcabədi rayon səyyar-mexanikləşdirilmiş dəstədə fəhlə işləyib. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsini bitirib.  Bir müddət rayonda çıxan “Sürət” qəzetində ədəbi işçi, Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifələrində çalışıb. 1987-ci ildə Bakı Ali Partiya məktəbində dinləyici olmuş Tahir Rza, Ağcabədi rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonralar Ağcabədi rayon Partiya Komitəsinin ikinci katibi olmuşdur. Müxtəlif idarə və təşkilatlarda məsul vəzifələrdə çalışan Tahir Rza 1994-cü ildə rayon İcra Hakimiyyəti başçısının müşaviri vəzifəsinə təyin olunub. Daha sonra o, Ağcabədi RİH-də Ərazi İdaretmə Orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 1999-ci ilin dekabr ayından 2001-ci ilə kimi Ağcabədi Bələdiyyəsinin sədri olmuş II və III çağırış Milli Məclisin üzvü seçilmişdir.

            1994-cü ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının və Siyasi Şurasının üzvüdür.

            Tahir Rza gənc çağlarından bədii yaradıcılıqla müntəzəm məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. On iki kitab, onlarla məqalə və resenziyaların müəllifidir.

Əsərləri:

1. “Məhəbbətsiz yaşamaram”. B., “Azərnəşr”, 1991, 200 s, 500 nüs.

2. “Gileylənmə bu dayaz. B.. “Səda”, 1996, 166 s, 500 nüs.

3.”Əbədiyəm dünyada”. B ., “Sabah”, 1998, 128 s, 500 nüs.

4 “Ana laylası”. B ., “Səda”, 1998, 202 , 500 nüs.

5. “Dərdimin dərmanı duyğularımdır”. B., “Araz”, 2000, 194 s, 500 nüs.

6. “Sabahını düşün, insan!”.  B., “Sabah”, 1998, 128s, 500 nüs.

7. “Muğamın sədası!”. B., “Şur”, 2008, 146s, 500 nüs.

8. “Qəzəllər”. B.,”Şuşa”, 2008, 116 s, 500 nüs.

Aranqazeti.az müəllifin bir hekayəsini sizlərə təqdim edir

DEYİLDİR

Dərddən gizli-gizli odlanıb yanan

Ürəkdir səməndər quşu deyildir.

Ömrümdür həsrətdən saralan, solan

Sənin ürəyinin başı deyildir.

Getdin, getdiyin yol sirli, soraqlı,

Vəfasız bir eşqin adına bağlı.

Günləri sitəmli, sinəsi dağlı

Bil mənəm, çöllərin daşı deyildir.

Gün-günə qovuşmaz, ay aya gəlməz,

Çəkdiyim əzablar heç saya gəlməz.

Mənim tək bəxtikəm dünyaya gəlməz,

Dərd çəkmək hər kəsin işi deyildir.

Bu eşqin çox dərdi, çox bəlası var,

Gecə də, gündüz də sıxar, ağladar.

Üzümdən süzülən bu dərd, bu məlal

Həsrətdir, gözümün yaşı deyildir.

Uyma bu dünyanın dövlət, varına,

Güvənər eşqinə, etibarına.

İstəsə canın verər yarına

Tahir dərd duyandır, naşı deyildir.

Mənbə: “Ağcabədi yazarları” kitabı

Millət vəkilindən mediaya dəstək

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər arasında medianın vergidən azad...

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.  "Instaqram" hesabında olan paylaşımda...

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   "Report"un aksiya keçirilən...

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Aranın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb...

Azərbaycan və  Macarıstan oxşar cəhətlərə malik ölkələrdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, dost ölkələr kimi Azərbaycanla Macarıstan...

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. "Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə...

Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. “Aran” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. Aran xəbər verir ki, başsağlığında deyilir:

Şərhlər