Ağcabədidə “Pozitiv valideynlik” tədbiri keçirilib

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyi, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə təşkil olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erkən uşaqlıq dövründə inkişaf” layihəsi bölgələrimizdə öz işinə start verib. Layihə çərçivəsində “Pozitiv valideynlik” tədbiri keçirilir. Şəhər və rayonlarımızın böyük parklarında əyləncəli-maarifləndirici formada təşkil olunan tədbirlərin məqsədi uşaqlar üçün didaktik, intellektual oyunlar təşkil etməklə, onların inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində bu cür silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər