3.1 C
Aghjabadi

Ötən il müharibədən dağılan binaların tikintisinə – 22 Milyon Manat Xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağda, həmçinin 2020-ci ilin payızında müharibədən zərər görmüş şəhərlərdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi, tikintisi və bərpası üçün 8 şirkət cəlb edib.

FED.az xəbər verir ki, şirkətlərlə 22 milyon 249,677 min manat məbləğində müqavilələr imzalanıb ($13 milyon 88,045 min).

Xüsusilə, “İnşaat Servis-2” MMC və “CONCO” QSC ilə imzalanmış müqavilələr Gəncədə dağıdılmış yaşayış binaları və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilələrin dəyəri müvafiq olaraq 1 milyon 694,131 min manat və 2 milyon 173,638 min manatdır.

«AZ-Caspian Construction» MMC və «Real-İnşaat» MMC ilə imzalanmış üçüncü və dördüncü müqavilənin predmeti Tərtər rayonunda dağıdılmış yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiridir. Müqavilələrin dəyəri müvafiq olaraq – 1 milyon 368,546 min manat və 5 milyon 454,248 min manatdır.

“AZ GRAFT Construction» MMC ilə imzalanmış beşinci müqavilənin şərtlərinə görə, şirkət Gəncə, həmçinin Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini həyata keçirməyi öhdəlik götürüb. Müqavilənin dəyəri – 2 milyon 244,369 min manatdır.

“Parlaq-N” MMC-nin 1 saylı filialı ilə imzalanmış altıncı müqavilə Gəncə, Naftalan, həmçinin Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 4 milyon 860,018 min manatdır.

“Rabitəinşaat” ASC ilə imzalanmış yeddinci müqavilə Mingəçevir, həmçinin Ağdam və Bərdə rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 2 milyon 314.71 min manatdır.

“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üçün tikinti layihələrinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin aparılmasını nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 2 milyon 140,013 min manatdır.

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər