Rayonda bərpa və təmir işləri genişlənir

         Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Ağcabədi rayon sakinlərinə ciddi ziyan dəyib. Rayonun mərkəzində, qəsəbə və kəndlərində sakinlərə məxsus evlər, təsərrüfatlar, ticarət obyektləri, eləcə də məktəb, idarə, müəssisə, təşkilatların inzibati binaları dağıntılara məruz qalıb. Bölgənin cəbhəyanı hissəsində yerləşən Qaraxanlı kəndində də 57 ev düşmən hücumundan zərər çəkmişdir. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən rayonumuzda Ermənistan silahlı qüvvələrinin həmləsi nəticəsində dağılmış və zədələnmiş evlərin bərpası davam etdirilir. Qaraxanlı kəndində bu istiqamətdə işlər aparılır. Sözügedən kənd inzibati ərazi dairəsinin nümayəndəsi Şahin Zeynalovun dediyinə görə, inzibati ərazi vahidində 57 evdən 13-də artıq təmir işləri görülmüş, 5 evdə isə bərpa işləri aparılır. Digər evlərdə də yaxın vaxtlarda təmir işləri həyata keçiriləcək. Ev təsərrüfatlarına dəymiş ziyan, mal-qaranın tələf olması ilə əlaqədar sakinlərə dövlət tərəfindən müvafiq yardımlar ödənilib.

*       *       *

Vətən müharibəsi zamanı Ağcabədi rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Ağcabədi rayon mərkəzi, Hindarx qəsəbəsi, Yuxarı Qiyaməddinli, Hacılar, Qaraxanlı, Boyad, Arazbar, Minəxorlu, Köyük, Muğanlı, Taynaq, İmamqulubəyli, Sarvanlar, Rəncbərlər, Sarıcalı, Şərəfxanlı və Şahsevən Təzəkənd kəndlərində mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq subyektlərinə, qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin göstərişinə əsasən həmin ərazilərdə zərər çəkmiş evlərin, tikililərin bərpası və təmiri istiqamətində mühüm addımlar atılır. Hindarx qəsəbəsi və Köyük kəndində də bu sahədə  işlər geniş vüsət alıb. Ağcabədi Rayon İcra Hakimiyyətinin Hindarx qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Elgün İsmayılovun sözlərinə görə, düşmən həmləsi nəticəsində qəsəbədə 35 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Onlardan 1-i tamamilə dağıdılıb. Hazırda dağılmış evdə bərpa işləri aparılır. Digər 34 evdə təmir işləri həyata keçirilməsi planlaşdırılır.

Ağcabədi Rayon İcra Hakimiyyəti Köyük kənd inzibati ərazi dairəsinin nümayəndəsi Azər Quliyevin dediklərinə görə, qəlpələrdən zərər çəkmiş 14 yaşayış evlərinin sahiblərinə kompensasiya ödənilmişdir.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləAnam məni geri qaytara bilmədi
Növbəti məqalədəSevilya

Şərhlər