Təcrübəli təsərrüfatçı

         Famil Quliyev rayonumuzun qabaqcıl fermerlərindən biridir. 30 ildən artıqdır ki, təsərrüfatla məşğul olur. Ötən il 91 hektar pambıq sahəsinin hər hektarından 37,8 sentner “ağ qızıl” götürən təsərrüfat rəhbəri bu il daha yüksək nəticələr əldə etmək fikrindədir. 95 hektar əkin sahəsindən 45 sentner məhsul əldə etmək istəyən fermer sahələri vaxtlı-vaxtında alaq otlarından təmizləyir, suvarır, lazımi gübrələrlə təmin edir. Pambığa yüksək aqrotexniki qaydalarla qulluq edən F.Quliyev bu il daha çox “ağ qızıl” götürəcəyinə əmindir. F. Quliyev həm də 15 hektar sahədə yonca əkib-becərir. Bu il 10 hektar əkin sahəsindən 35 sentner buğda əldə edən Famil Quliyevə təsərrüfat işlərində uğurlar arzulayırıq.

Hüseyn QULUZADƏ      

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər