9 iyul 2021-ci il tarixdə Ağcabədi rayon Mərkəzi Kitabxanasında Tovuz döyüşləri ilə bağlı tədbir keçirildi.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edildi.
Şəhidlərimizin xatirəsinə həsr olunmuş sərgi ilə tanış olan tədbir iştirakçıları Böyük Qələbəmizin əldə olunması üçün bir qığılcım rolu oynayan Tovuz döyüşlərindən, xalqımızın bu günlərdə göstərdiyi birlikdən, ordumuzun gücündən söz açdılar. Çıxış edənlər 44 günlük müharibə zamanı Zəfər qazanılmasında payı olan oğullarımızın qəhrəmanlıqlarının unudulmayacağını,onların gələcək nəsillər üçün bir igidlik salnaməsi yazdıqlarını vurğuladılar.
“Aran”