14.4 C
Aghjabadi
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. 

DİM-dən verilən məlumata görə, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq imtahanlarda 16757 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 14-15-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 2873 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 473 imtahan rəhbəri, 3748 nəzarətçi–müəllim, 380 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 13 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı olmuşdur

            Ağcabədi şəhərində şəhid Həziyev Xəyalın doğulduğu evin yaxınlığında xatirə bulaq kompleksinin açılışı olmuşdur. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və...

Azərbaycanın ərazi bütövlüyü bərpa olunub

Azərbaycan Respublikasının Prezidenti Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının 15 oktyabr 2021-ci il tarixdə keçirilən iclasında çıxış edir. Dövlət başçısı qeyd edib...

Ağcabədi xəstəxanasının direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror...

Qələbənin Qubadlı zirvəsi

25 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha bir bölgə Qubadlı şəhəri mənfur düşməndən azad olunub. Qubadlı...

YAP Ağcabədi rayon təşkilatında videokonfrans keçirilmişdir

                          Oktyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatı“Dövlət Müstəqilliyinin bərpası”nın 30-cu ildönümü münasibətilə  videokonfrans  keçirmişdir.YAP Ağcabədi rayon...

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

16 Oktyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Zoom...

Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sınıb

Pambıq zavodunda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib. Nəticədə o ağır...

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident! 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar əməyimə yüksək qiymət verərək məni «Əməkdar müəllim» fəxri adı...

Təlim və tədbirlərin yekunu

Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi əsasında bölgədə keçirilən...

Ürəklər bir olanda…

Dərd var ki, tək çəkilmir. Onun böyüklüyü bir qəlbə sığmır. Amma buna baxmayaraq, dərd çəkilməlidir. Həyat öz  təbii...

Şərhlər