ÜST nümayəndəsi: “Ucqar kəndlərdə səhiyyə xidmətlərinin göstərilməsi bizim üçün çox vacibdir”

““Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində 3000-dək insana tibbi xidmət göstərilib”.

Bunu Bərdədə “Sağlamlıq Xəmsə”si layihəsinin bağlanış mərasimində jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bu müddət ərzində xüsusən qadınlara, uşaqlara  səhiyyə xidmətləri göstərilib: “Bundan başqa, Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Ağdamdakı xəstəxanalara tibbi avadanlıq  yardımı etdik. Ümid edirəm ki, layihəni davam edə biləcəyik. Çünki buradakı xidmətlər çox vacibdir. Xüsusən ucqar kəndlərə səhiyyə xidmətlərinin getməsi bizim üçün önəmlidir”.

H. Harmançı qeyd edib ki, layihə çərçivəsində 5 mobil klinika vasitəsilə 25 ucqar kənddə hər gün səhiyyə xidmətləri göstərilir.

Şərhlər