Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da vaksinasiya kampaniyası davam etdirilir. Əldə etdiyimiz məlumata görə, rayon üzrə indiyə qədər 70 min 943 insan peyvənd olunub. Onlardan birinci mərhələ üzrə peyvənd olunanların sayı 42 min 981, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 27 min 962 nəfərdir. Rayon mərkəzi xəstəxanasında ümumilikdə gün ərzində 700 nəfərə qədər şəxs peyvənd olunur. Hər gün I doza üzrə 100-150 nəfər, II doza üzrə isə 300-400 nəfər vaksinasiya olunur. Rayon mərkəzi xəstəxanası müntəzəm olaraq, kifayət qədər vaksinlərlə təmin olunur. Hazırda həyata keçirilən vaksinasiya tədbirləri 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
Hüseyn QULUZADƏ