Futbol üzrə “Könüllülər kuboku”nun Ağcabədi rayon mərhələsinin qalibləri məlum olub.
Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən imzalanmış əsasnaməyə müvafiq olaraq Respublika Könüllülər Kubokunun zona mərhələsinə vəsiqə qazanmaq uğrunda keçirilən yarışda 15-17 yaşarası gənclər iştirak edib. Pandemiya dövrünü tələblərinə əməl etməklə keçən yarışda “Polad” komandası birinci, “Vətən” komandası ikinci, “Xarıbülbül” komandası üçüncü yerə layiq görülüb.
Mənbə : AZƏRTAG.AZ