Rayonda idman sahəsində əldə olunan nəticələr və qarşıda duran vəzifələr

    9 iyul 2021-ci il tarixdə Zoom proqramı vasitəsilə rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri ilə məşğul olan dərəcəli idmançıların, məşqçi-müəllimlərin iştirakı ilə idmanda əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr mövzusunda videokonfrans keçirilmişdir. Videokonfransda rayon Gənclər və İdman İdarəsinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının, Azərbaycan Taekvondo Federasiyasının, Azərbaycan Kikboksinq Federasiyasının, Azərbaycan Boks Federasiyasının, Azərbaycan Cüdo Federasiyasının, Azərbaycan Uşu Federasiyasının rayon bölmələrinin nümayəndələri eləcədə beynəlxalq yarışlarda və respublika çempionatlarında uğurlu nəticələr əldə etmiş idmançılar iştirak etmişdir.

Videokonfransı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov ölkəmizdə idmana ulu öndərimiz Heydər Əliyev, bu gün isə dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən həmişə xüsusi diqqət və rəhbər qayğısı göstərildiyini konfrans içtirakçılarının diqqətinə çatdırdı. Rəis müavini çıxışında Koronavirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq rayonumuzda idmanın müxtəlif növlərinin geniş yayılmasının sevindirici hal olduğunu xüsusi olaraq vurğuladı.

Videokonfransda Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Rauf Musayev, Taekvondo idman növü üzrə məşqçi-müəllimlər Tapdıq Əkbərov, Cəlil Abdullayev, Zöhrab İsmayılov, Kikboksiniq idman növü üzrə məşqçi-müəllimlər Mehman Quliyev, Zaur Zeyniyev, boks idman növü üzrə məşqçi müəllim, Vətən müharibəsi iştirakçısı Elgün Həsənov çıxış edərək məşğul olduqları idman növləri ilə bağlı problemlərdən və qarşıda görüləcək işlərdən ətraflı bəhs etdilər.

Şərhlər