2.5 C
Aghjabadi

Şahmallar kəndində təbii qaz xəttinin açılışı oldu

  Dövlət Proqramına uyğun olaraq, 16 iyul 2021-ci il tarixdə Ağcabədi rayonunun Şahmallar kəndində təbii qaz xəttinin açılış mərasimi keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, Tərtər Regional Qaz İstismar idarəsinin rəisi Azər Abbasov,  rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Şərəfxanlı icra hakimiyyəti və bələdiyyə nümayəndələri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, kənd sakinləri, media mənsubları iştirak ediblər.


       Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  Rövşən Əhmədov yığıncaqda çıxış edərək,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinə  hərtərəfli diqqət və qayğı göstərildiyini qeyd edib. Görülmüş tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.  Bunun bariz nümunəsi kimi, Şahmallar  kəndinə təbii qaz xəttinin çəkilməsini misal göstərmək olar.

      Kənddə 59 abonentə xidmət edən təbii qaz xətti çəkilib.  Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abbasov çıxış edərək, kənd sakinlərinitəbii qaz xətti çəkilişi münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib.

        Şahmallar kənd sakini Nadir Abduləliyev çıxışında kənd sakinlərinə göstərilən yüksək dövlət diqqət və qayğısına görə ölkə başçısına dərin təşəkkür və minnətdarlığını bildirib.


         Tədbirin sonunda rəmzi açılış məşəli alovlandırılıb.

      Hüseyn QULUZADƏ

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər