6.4 C
Aghjabadi

“Azəriqaz”: İki rayonda 335 fərdi evə təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində yeni yaşayış massivlərinin, kəndlərin və onların genişlənən hissələrinin qazlaşdırılması işlərini sürətlə davam etdirir.

Yardımlı rayonunun çətin relyef şəraitində yerləşən Vəlixanlı və Köyrədi kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması işləri başa çatıb. Ucqar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi hər iki kənddə indiyədək “mavi yanacağın” olmaması kənd sakinlərinə xeyli çətinlik yaradıb. 70 fərdi yaşayış evi olan Vəlixanlı kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 6277 metr olan müxtəlif diametrli polad borulardan istifadə olunub. Köyrədi kəndində yerləşən 206 fərdi yaşayış evini mavi yanacaqla təmin etmək üçün isə 13 min 180 metr uzunluğunda polad borulardan istifadə olunub.

Ağcabədi rayonunun Şahmalılar kəndinin də mavi yanacaqla təmin olunması işləri yekunlaşıb. 59 fərdi yaşayış evi olan kəndin qazlaşdırılması üçün 9917 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub. Hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mənbə : AZERTAG.AZ

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər