Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibətilə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından və sağlamlığından keçən şəhidlərin, qazilərin ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.
RİH başçısı Rafil Hüseynov,Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi Şöbəsinin rəisi Pərviz Mirzəyev və Ağcabədi RİHB yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhlət Orucov Muğanlı kəndindən olan şəhid Fərid Fərəcov və Naim Ağayevin ailəsində olmuş, onların ailə üzvlərinin Qurban bayramını təbrik etmişlər.Daha sonra ziyarətçilər Şahsevən kəndində qazi İntiqam Əliyevin evinə getmiş, burada daha bir qurban kəsilərək imkansız ailələrə paylanmışdır.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri olan İntiqam Əliyev döyüş zamanı ayağından yaralanmış, 2 iyul 2021-ci il tarixdə isə bir ayağı amputasiya olunmuşdur.
Ziyarət olunan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Müqəddəs Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını arzulamışlar.