Gənclər şəhid ailəsini ziyarət etdilər


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin “Vətənpərvərlik klubu”nun üzvləri və rayon gəncləri bir araya gələrək Vətən müharibəsi zamanı şəhid olmuş Cəfərov Anar Eyvaz oğlunun ailəsini ziyarət ediblər. Şəhidə həsr olunmuş guşə ilə tanış olan ziyarətçilər onun haqqında ailə üzvlərinin xatirələrini dinləyiblər. Mərkəzin nümayəndəsinin bildirdiyinə görə bu ziyarətlər davamlı olacaq. Gənclərimizin şəhid ailələri ilə ünsiyyətdə olması, qəhrəmanlarımızı tanıması üçün belə görüşlər mütləq lazımdır. Bu həm də şəhidlərimizin yaxınları üçün bir təsəllidir.


Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com