13-14 iyul 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” ictimai birliyi tərəfindən imzalanmış “Könüllülər Kuboku”nun müvafiq əsasnaməsinə uyğun olaraq “Könüllülər Kuboku”nun basketbol (3×3) idman növü üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.
Respublika Könüllülər Kubokunun zona mərhələsinə vəsiqə qazanmaq uğrunda gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışda 15-17 yaşlı gənc idmançılar iştirak etmişdir. Yekun nəticələrə əsasən “Zəfər” komandası I yerə, “Aypara” komandası II yerə, “Lider” komandası isə üçüncü yerə layiq görülmüşdür.
* * *
14-15 iyul 2021-ci il tarixlərdə isə “Könüllülər Kuboku”nun Futbol idman növü üzrə Ağcabədi rayon mərhələsi keçirilmişdir.
Yarışda 15-17 yaş arası gənclər iştirak etmişdir. Respublika Könüllülər Kubokunun zona mərhələsinə vəsiqə qazanmaq uğrunda gərgin idman şəraitində keçən yarışın yekun nəticələrinə əsasən Polad komandası I yerə, Vətən komandası II yerə, Xarıbülbül komandası isə üçüncü yerə layiq görülmüşdür.
Qeyd edək ki, yarışlar COVİD-19 pandemiyasına qarşı müdafiə tədbirlərinə əməl edilmək şərtilə baş tutmuşdur.