Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib

22 iyul 2021-ci il tarixdə “Aran” qəzeti redaksiyası, Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Öncə mətbuat işçiləri ulu öndər Heydər Əliyevin Ağcabədi rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva Milli Mətbuatın yaranma tarixi haqqında iştirakçılara ətraflı məlumat verib. Natiq qeyd edib ki, H.Zərdabinin başçılığı ilə nəşr olunan “Əkinçi” qəzetinin ənənələri bu gün mətbuatımızda uğurla davam etdirilir. “Aran” qəzeti də onların sırasında addımlayır.
M.Ağayeva qəzet işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Yığıncaqda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev, H.Əliyev Mərkəzinin bələdçisi Səbinə Mamedova çıxış edərək, Milli Mətbuat Günü münasibəti ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra tədbir iştirakçıları “Aran” qəzetinin müxtəlif illərdə nəşr olunmuş nüsxələrinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.


“Aran”

Şərhlər