Rayonda digər kənd təsərrüfatı sahələrinə də diqqət artırılıb

         Cari mövsümdə rayonumuzun fermer və istehsalçıları taxıl və pambıqla yanaşı, digər kənd təsərrüfatı məhsulları istehsalı istiqamətində də mühüm addımlar atıblar. Daha dəqiq desək, bölgədə ərzaq bolluğu, heyvandarlıq sahəsində möhkəm yem bazasının yaradılması təsərrüfatlarda diqqət mərkəzində saxlanılıb.

İstehsalçılar tərəfindən bu il 2 min 362,3 hektarda qarğıdalı, 154,5 hektarda kartof, 870,5 hektarda tərəvəz, 362,5 hektarda bostan məhsulları, 440 hektarda şəkər çuğunduru yetişdirilir. Bundan əlavə, təsərrüfatlarda əkin sahələrinin 1597,6 hektarını soya, 4 min 608 hektarını təzə yonca təşkil edir. 19 min 175,9 hektar sahə isə köhnə yonca altındadır.

Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün bütün imkanlar səfərbərliyə alınıb. Bu məqsədlə mövcud əkin sahələrinin aqrotexniki qaydada becərilməsi, suvarılması nümunəvi təşkil olunur.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər