Son vaxtlar rayonumuzda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində geniş tədbirlər həyata keçirilir. Bölgədə COVİD-19 pandemiyası ilə əlaqədar mövcud karantin qaydalarına ciddi əməl edilməsi üçün mühüm addımlar atılıb.
Bütün bunlara baxmayaraq, təəssüf ki, bəzi rayon sakinləri koronavirusa qarşı tətbiq olunan karantin qaydalarına əməl etmir, qanun pozuntularına yol verirlər. Həmin şəxslərin təqsiri üzündən bir çox ərazilərdə koronavirusa yoluxmaya şərait yaradılması faktları aşkar edilib. Rayonda yas və toy mərasimləri keçirildiyi zaman bu cür faktlar xüsusilə ciddi naarhatlıq doğurub.
Ağcabədi rayon Polis Şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində ayrı-ayrı ərazilərdə təşkil edilən yas və toy mərasimlərində ciddi qayda pozuntularına yol verildiyi müəyyən edilib. Polisin həyata keçirdiyi operativ tədbirlər sayəsində Ağcabədi şəhərindəki Heydər Əliyev adına prospektdə, Səməd Vurğun adına küçədə vərayonun Qaravəlli kəndində yas, Yeni Qaradolaq, “Şənlik”, Təzəkənd kəndlərində toy, Hüsülü kəndində isə nişan mərasimləri keçirilməsinin qarşısı alınıb.
Karantin qaydalarını pozduqlarına görə yas mərasimlərini təşkil edən Ağcabədi şəhər sakini Nicat Zeynalov və həmin mərasimdə iştirak edən daha 4 nəfər şəxs 400 manat, digər şəhər sakini Elçin Abdullayev isə 200 manat məbləğində cərimə olunublar. Bundan başqayas mərasimi təşkil etdiyinə görə Qaravəlli kənd sakini Elgiz Hətəmov 300 manat, toy mərasimləri təşkil etdiklərinə görə Yeni Qaradolaq kənd sakini Həmil Mehdiyev 400 manat, “Şənlik” və Təzəkənd kənd sakinləri Zaur Mamedov və Ülfət Həsənov hər biri 200 manat, nişan mərasimi təşkil etdiyinə görə isə Hüsülü kənd sakini Tərlan Xəlilov 400 manat məbləğindəcərimələnmişlər.