Gənclər və İdman Nazirliyinin yaranmasının 27 illiyi qeyd olundu

    26 iyul 2021-ci il tarixdə Zoom proqramı vasitəsi ilə Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin  yaradılmasının  27-ci ildönümünə  həsr  olunmuş “Azərbaycanın dövlətçilik tarixində öz izini qoymuş dahi rəhbər, parlaq şəxsiyyət” mövzusunda videokonfrans keçirilmişdir.

    Videokonfransı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək bildirdi ki, 26 İyul 1994-cü il tarixdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında  pərakəndə halında olan Azərbaycan gəncliyini  vahid ideya ətrafında sıx birləşdirən, dövlətin gənclər siyasətini həyata keçirən qrum – Gənclər və İdman  Nazirliyi yaradıldı.

    Gənclərə göstərilən dövlət qayğısı isə bu gün ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən planlı şəkildə davam etdirilir.

   Rəis müavini onu da qeyd etdi ki, ötən 27 ildə ölkəmizdə Azərbaycan gəncliyi ilə bağlı çox vacib layihələr həyata keçirilib, eyni zamanda idmanda böyük nailiyyətlər əldə olunub: “Azərbaycan idman sahəsində çox böyük, möhtəşəm tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərdə və olimpiadalarda idmançılarımız çoxlu sayda medal qazanıblar. Düşünürəm ki, gələcəkdə bundan da yüksək nailiyyətlər əldə ediləcək.”

   Daha sonra rayon Təhsil Şöbəsinin məsləhətçisi İlkin Məmmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov çıxış edərək Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin  yaradılmasının  27-ci ildönümü münasibəti ilə gəncləri təbrik etdilər və Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən ətraflı bəhs edərək ,gəncliyə göstərilən dövlət qayğısını bir daha onların nəzərinə çatdırdılar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər