Ağcabədidə ata COVİD-19 pasportu olmadığı üçün övladının toy mərasiminə buraxılmadı
25 iyul 2021-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində COVİD-19 pasportu olmayan şəxslərin mərasimə qatılmasının qarşısı alınıb.
Belə ki, “Kral” şadlıq sarayında aparılan yoxlamalar zamanı mərasimə qatılmaq istəyən 23 nəfər şəxs, eləcə də bəyin dayısı geri qaytarılıb.
Daha bir şadlıq sarayında – “Versal” da isə COVID-19 pasportunun olmaması səbəbilə 11 nəfər içəri buraxılmayıb. Hətta gəlinin atası E. Kazımov övladının toy məclisinə qatıla bilməyib.