24-25 iyul 2021-ci il tarixlərində Ağcabədi rayonunda karantin qaydalarını pozaraq toy məclisi təşkil edənlər cərimələnib.
Belə ki, iyulun 24-də koronavirus epidemiyası əleyhinə keçirilmiş tədbirlər nəticəsində rayonun Qaradolaq kənd sakini Ümidvar Məmmədov toy məclisi təşkil etdiyi üçün 400 manat, həmin toyun iştirakçısı Ələddin Mamedov da 400 manat məbləğində cərimə olunmuşlar.
Qaravəlli kəndində toy məclisi təşkil edən Nəzahət Quliyeva 400 manat, toyda iştirak edən Həsrət Məmişov, Vasif Quluyev, Məmmədağa Quliyev 400 manat, Dəyanət Abbasov isə 200 manat məbləğində inzibati cərimə olunmuşlar. Hindarx qəsəbə sakini, toy məclisi təşkil edən Teymur Səfərov 400 manat, toyun iştirakçısı Fərhad Quliyev 200 manat, rayonun Taynaq kəndində yaşayan Xəyal Həsənov toy mərasimi təşkil etdiyinə görə, 400 manat məbləğində cərimə olunublar.
İyulun 25-də isə 2021-ci il tarixdə Hindarx qəsəbə sakini, toy məclisi təşkil edən Vasif Allahverdiyev 400, toyda iştirak edən Elgün Rəhimov, Cehun İsmayılov, Leyla Allahverdiyeva, Abbas Hüseynov isə hərəsi 200 manat həcmində cərimə olunublar.
Rayonun Poladlı kəndində toy məclisi təşkil edən kənd sakini Nazir İbrahimov 200, Yuxarı Qiyaməddinli kəndində Həsənov Xəyal 400 manat həcmində cərimə olunmuşlar.
Şahsevən Təzəkənd kəndində “Sərin” kafesində toy mərasiminin qarşısı alınaraq Əşrəf Məmmədli, Əyyub Mamedov, Aqşin Mamedov, Bəhruz Əliyev də hərəsi 200 manat cərimə ediliblər.
Rayonun Gələbədin kəndində kənd sakini Səfər Sadıqov toy mərasimi təşkil etdiyinə görə və toyda iştirak edən İsrafil Sadıqov hərəyə 400 manat, Şükür Sadıqov, Əsgər Əzizov və İsmayıl İsmayılov hərəsi 200 manat, Yeni Qaradolaq kəndində toy mərasimi təşkil edən Zeynalabdin İsmayılov və toyda iştirak edən at, Yeni Qaradolaq kəndində toy mərasimi təşkil edən Zeynalabdin İsmayılov və toyda iştirak edən Yusif Qasımov 400, rayonun Xocavənd kənd sakini Fazil Abdullayev 200 manat cərimə olunublar.
Qaradolaq kəndində Mətləb Qurbanov , həmin toyda iştirak edənlər Fuad Qurbanov, Vüqar Quliyev, Tərlan Qurbanov, Camal Qurbanov 200 manat həcmində, Kəbirli kəndində toy mərasimi təşkil edən Məzahir Məmmədov və həmin toyda iştirak edən kənd sakini Ceyhun Mamedov 200 manat məbləğində cərimə ilə cazalandırıblar.
“Aran”