İyulun 26-da Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus epidemiyası əleyhinə keçirilən nəzarət tədbirləri nəticəsində rayon ərazisində yerləşən “Xan çinar” şadlıq sarayının sahibi Hüsü Qasımov qaydalara uyğun olmayan sayda insan qəbul etdiyinə görə 5000 manat, həmin toy məclisini təşkil edən Xocavənd kənd sakini İlham Quliyev isə200 manat məbləğində cərimə olunmuşlar.
Ağcabədi şəhər ərazisində yerləşən “Mahir” şadlıq sarayında qaydalara uyğun olmayan toy məclisinin keçirilməsinin qarşısıalınmış, xidmətçilərin qoruyucu vasitələrdən qaydalara uyğun istifadə etmədiklərinə görə şadlıq sarayının sahibi Yavər Hüseynov 400 manat, şadlıq sarayının xidmətçiləri Zamiq Fərzəliyev və Sənan Mamedov hər biri 200 manat məbləğindəcərimə olunmuşlar.