Pambıq sahələrində suvarma tədbirləri davam etdirilir

        Ağcabədi Rayon Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarələri əkin sahələrinin suvarılması istiqamətində mühüm addımlar atırlar. Görülmüş tədbirlər nəticəsində rayonun fermer təsərrüfatlarına məxsus 10 min 750 hektar pambıq sahəsində 1-ci suvarılma işləri başa çatdırılıb. Təsərrüfatlarda artıq 2-ci suvarılma tədbirlərinə start verilib. Belə ki, 4 min 700 hektar sahədə suvarılma işləri aparılıb. Digər sahələrin suvarılması da yaxın vaxtlarda həyata keçiriləcək.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər