20.2 C
Aghjabadi

Şərəfxanlı kəndində yeni körpələr evi – uşaq bağçası istifadəyə verilib

​27 iyul 2021-ci il tarixdə Ağcabədi rayonunun Şərəfxanlı kəndində 35 yerlik yeni körpələr evi – uşaq bağçası istifadəyə verilib. Karantin rejiminin tələblərinə uyğun olaraq, keçirilən açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak edib. Bağça kollektivini, uşaqları, kənd sakinlərini bumünasibətlə təbrik edən rayon rəhbəri bildirib ki, uşaqların keyfiyyətli təlim-tərbiyə alması, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evi – uşaq bağçaları, internat və ümumtəhsil məktəblər tikilir, əsaslı şəkildə yenidən qurulur. Şərəfxanlı kəndində də açılışı olan uşaq bağçası bu sahəyə diqqət və qayğının bariz nümunəsidir. Rayon rəhbəri körpələr evi-uşaq bağçasının Yaponiya və Azərbaycan arasındakı dostluq, əməkdaşlıq hədiyyəsi olaraq, Yaponiya hökuməti tərəfindən qrant yardım kimi inşa olduğunu bildirmişdir.

​Daha sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur. Söhbət zamanı körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradıldığı vurğulanıb. Burada 35 uşağın təlim-tərbiyəsi ilə 14 tərbiyəçi-müəllim məşğul olacaq. 

​Yeni körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verilməsi həm valideynlərin, həm də kollektivin sevincinə səbəb olub. Onlar göstərilən bu yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. 

Hüseyn QULUZADƏ

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər