Nəriman Nərimanov niyə cərimələndi?

İyulun 27-də koronavirus epidemiyası əleyhinə  Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri nəticəsində Sarıcalı kənd sakinləri Mürsəl Gülməmmədov həyətində qapalı yerdə toy məclisi təşkil etdiyinə  və  Pərviz Quliyev həmin toyda iştirakına görə hər biri  400 manat məbləğində cərimə olunmuşlar.

***

Arazbar kəndində də qapalı yerdə toy məclisi təşkil edən Zakir Qasımov 400 manat, həmin toyda iştirak edən Əliyar Qasımov 200 manat məbləğində cərimə ediliblər.

***

Rayon ərazisində yerləşən “Qızıl Saray” şadlıq  sarayının sahibi Azər Hacıyev qoyulmuş məhdudiyyətləri pozduğuna görə 4000 manat, həmin toy məclisini təşkil edən Emin Əliyev  200 manat , toy mərasimində iştirak edən Səfa Əliyev, Şirin Əliyeva, Arif Ağayev, Ceyhun Ağayev, Asif Ağayev, Malik Əliyev  və Nəriman Nərimanov hər biri 200 manat məbləğində  cərimə olunmuşlar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər