Ağcabədi rayonunda şoran torpaqların münbitliyinin artırılması məqsədilə rayonun meliorasiya və su təsərrüfatı idarəsi gücləndirilmiş iş rejiminə keçib.
Kollektor-drenaj şəbəkələri lildən təmizlənir, şəbəkə vasitəsilə şor su nasos stansiya ilə sorulur və ərazidən xaric edilir.
İdarənin balansıda olan 117.8 kilometr kollektor, 100.4 kilometr təsərrüfatlararası su toplayan, 1384 kilometr açıq şəbəkə və 946 kilometr qapalı şəbəkə var.
Qeyd edək ki, Münbitliyi artan torpaq sahələrində isə pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi planlaşdırılır.
Qeyd edək ki, təkcə bu il ərzində Ağcabədi rayonunda 515 min kubmetr həcmində kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.
Mənbə : REALTV.AZ