Yuxarıda oturmaq və yuxarıda olmaq

…Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı…

Bu, kiçik yaşlarımızda valideynlərimizin bizə öyrətdiyi uşaq oyun nəğmələrindən – sanamalardan bir nümunədir. Baş barmaq vurdu, şəhadət barmaq tutdu, orta barmaq bişirdi, adsız barmaq yedi, çeçələ barmağa heç nə qalmadı. Niyə? Çünki o, kiçikdir, gücsüzdür və buna görə də diqqət çəkmir, kimsənin yadına düşmür. Bəli, dünyamız güclülərin əlindədir. Çeçələ barmaqların taleyi çoxlarını  maraqlandırmır. Əslində valideynlərimiz bizə ədalətli olmağı, özümüzdən zəiflərə yardım etməyi öyrədirdilər, lakin bu cür nümunələrlə  özləri dediklərini  inkar edirdilər. Həmin sanamadakı  çeçələ barmağın çarəsizliyi mənim uşaq yaddaşımda ilişib qalmışdı. Bəs o necə olacaq? – deyə düşünürdüm həmişə (Deyəcəksiniz ki, adsız barmaqdan başqa o biri barmaqlara da heç nə çatmayıb axı. Düzdür, amma o biri barmaqlar vurulmada, tutulmada, bişirilmədə iştirakçı olduqları üçün hər halda ac qalmayacaqdılar). Böyüdükcə, bu sual da mənimlə böyüdü. Artıq bir barmağın deyil, milyonlarla “barmağın”  taleyinin eyni olduğunu gördüm. Yaşadığımız dünyada zəiflərin, gücsüzlərin çox vaxt alçaldıldığının, başıqapazlı olduğunun, bəzən ümumiyyətlə varlığının unudulduğunun şahidi oldum. Lakin, yaddan çıxarırıq ki, bizə zəif görünənlərin içində bəzən elə bir güc yatır ki, sadəcə kiçik cəhd ilə o gücü oyatmaq, bir ruhlandırıcı sözlə, özünə inam yaratmaqla, azacıq dəstəklə onu cəmiyyətin ən fəal üzvlərindən birinə çevirmək olar.

Yenə də barmaqlara üz tuturam. Baş barmaq deyirik adına. Amma baş barmaqla hansısa yükü qaldırmaq, saxlamaq, çəkmək çətin, bəzən mümkünsüz olduğu halda, çox zaman çeçələ barmaq böyük ağırlığı çəkməyə, saxlamağa qadirdir. Küsülü uşaqlar barışarkən oyun zamanı “ac saxladıqları” çeçələ barmaqlarını bir-birinə keçirərək barışır, özləri də bilmədən həmin zəiflərin mənəvi gücündən istifadə edirlər. Bəs o zaman biz niyə çeçələ barmaqlara – zəif görünənlərə dəstək olmuruq? Bəzən bataqlıqda boğulan istedadlı, savadlı birini gördükdə gözümüzü yumub keçirik. Pulu yox, adamı yox, nəyimə lazımdır deyib bu dünyanın axarına düşüb gedirik. Yox, bəzən sadəcə getmirik, onun başına ağır bir daş da tullayırıq, ayağımızla üstündən də basırıq ki, lap dərinə getsin. Nədir bizi buna vadar edən? İçimizdəki paxıllıqmı, eqoistlikmi, biganəlikmi, onun bizi üstələməsi qorxusumu? Bəlkə də hamısı…

Hər birimizə bəllidir ki, heç kim və heç nə əbədi deyil. Belə olduğunda niyə ikiəlli yapışırıq dünyadan? Zəifləri ayağımız altına yığa-yığa qalxmaq, qalxmaq lap yüksəklərə çıxmaq istəyirik. Hara qalxırıq axı? Bəs birdən ayaqlarımızın altındakı zəiflər hərəkətə gəlsə necə olacaq? Domino daşlarından düzəldilmiş ev kimi yerə səpələnib onlardan da aşağıda dayanmayacağıqmı? Bəlkə onlardan yardım da istəyəcəyik. Amma üzümüz olacaqmı?

Yuxarıda oturmaq həmişə yuxarıda olmaq deyil. Yuxarıda olmaq çətin məsələdir, amma mümkündür.

Yuxarıda oturaraq həm də yuxarıda olmağı bacarmaq isə səadətdir.                                                                                

Xəbər lenti

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib – FOTOLAR

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus "Mercedes" markalı...

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents...

Dünyanın ən çox ziyarət olunan saytları məlum olub

Aran xəbər verir ki, "Similarweb" tərəfindən dünyanın ən çox ziyarət edilən saytları açıqlanıb. Birinci yerdə dünyanın ən böyük axtarış platforması hesab edilən...

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində – Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı...

Soyuq havaya baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx doqquz...

Ağcabədidə sahibsiz itlər şəxsi təsərrüfata hücum edib

Aran xəbər verir ki, hadisə rayonun Şənlik kəndində baş verib. Belə ki, ötən gün axşam saatlarında kənd sakini Ziyad Səfərovun həyatyanı sahəsinə...

İran ərazisində baş verən zəlzələ Ağcabədi rayonunda da hiss olunub – SON DƏQİQƏ – Yenilənib – 3

Saat: 22:30 İlkin məlumata əsasən, yeraltı təkanlar saat 22:14-də İranın Qərbi Azərbaycan ostanının Evoğlu şəhərində 5,3 bal gücündə qeydə...

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin...

Şərhlər