Ağcabədidə ingilis dili, rus dili və musiqi fənləri üzrə imtahanlar keçirildi

İyulun 29-da Ağcabədi rayonunda müəllimlərin işə qəbulu müsabiqəsində ingilis dili, rus dili vəmusiqi fənləri üzrə imtahanlar keçirildi.Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanları bu gün günorta saatlarında başlandı. Mövcud pandemiya şəraitini nəzərəalaraq müsabiqənin test imtahanı mərhələsi sosial məsafə gözlənilərək və lazimi proflaktik tədbirlər aparılaraq həyata keçirilir. 

Biz də İştirakçıların imtahanla bağlı fikirlərini öyrənməyə çalışdıq. Həyəcanla imtahana qatılacağını gözləyən müəllimlərdən biri iləhəmsöhbət olduq :

– Zəhmət olmasa özünüzü təqdim edərdiniz 

– Məmmədli Lamiyə, Beyləqan rayonundanimtahanda iştirak etmək üçün  gəlmişəm. Asəf Zeynallı adına musiqi kollecinin fortepiano ixtisasını bitirmişəm. Düzünü desəm, bir balaca həyəcanlıyam, ancaq inanıram ki, hər şey yaxşı olacaq. 

İştirakçının həyəcanını bir az da azaltmaq üçün söhbəti dəyişirəm:

-Fortepianoda ən çox ifa etməyi sevdiyiniz musiqi? 

-Tofiq Quliyevin “Sənə də qalmaz” bəstəsi.

-O zaman o musiqini beyninizdə səsləndirin, ümid edirəm, kömək edəcək, uğurlar!

​Növbəti həmsöhbətim Qasımov Elçin isə,artıq imtahanda olan həyat yoldaşınıgözləyirdi.O, söhbət zamanı bildirdi ki,Beyləqan rayonundan gəlmişik. Həyat yoldaşım müəllimlik fəaliyyətinə başlamaq, bu adı qazanmaq üçün imtahan verir, mən də , əlimdən gəldiyi qədər çalışıram ona dəstək vəkömək olum.

     Qadınlarımızın işləməsi üçün onlara dəstək verən bəylərə olan rəğbətimi həmsöhbətimə dəbildirir və bütün imtahan iştirakçılarına uğrlar diləyirəm.

Orxan KƏRİMOV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər