Ağcabədidə sellofan torbada küçəyə atılmış körpənin anası tapıldı – FOTO

Əvvəllər kütləvi informasiya vasitələrində və sosial media səhifələrində xəbər verildiyi kimi, 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılmış və onun səhhətinin normal olması müəyyən edilib.

Bu barədə Baş Prokurolqudan məlumat verilib.

Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası – Bərdə rayon sakini Vüsalə Fərzəliyeva müəyyən edilmişdir. V.Fərzəliyeva Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş, müayinə olunmuşdur. Xəstəxanada ona Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin psixoloqu tərəfindən ilkin psixoloji yardım göstərilmişdir. Vətəndaş Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq və uşaq üçün lazım olan gigiyenik vasitələrlə təmin olunmuşdur.

Daha sonra ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Şərhlər