“Ana dilimiz” layihəsi

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi “Ana dilimiz” layihəsi çərçivəsində tədbir keçirib. Tədbirdə GİKM-in direktoru Fuad Əliyev, mərkəzin gəncləri, Heydər Əliyev Mərkəzinin bələdçisi Səbinə Mamedova,  Azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Quliyeva iştirak ediblər. Görüşdə B.Quliyeva dilimizin zənginliyi, milli, alınma sözlər, nitq mədəniyyəti, dilimizə yeni daxil olan sözlər haqda ətraflı şəkildə məlumat verib. O, həmçinin dilimizi korlayan, yerində işlədilməyən sözlər haqqında da danışıb. Tədbir zamanı müxtəlif viktorinalar təşkil olunub. Sonda gənclərin sualları B.Quliyeva tərəfindən cavablandırılıb.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər